Ermənistan Təhlükəsizlik Xidmətindən Naxçıvanda itkin düşən hərbçimizlə bağlı AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Xidmətindən Naxçıvanda itkin düşən hərbçimizlə bağlı

“Azərbaycanlı hərbçinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur”.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Açıqlamada qeyd olunub ki, yeni məlumat olarsa, əlavə informasiya veriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Erməni KİV-i isə hərbçimizin saxlanıldığı ilə bağlı xəbərlər yayıb.

Mənbə: bizim.media