Fransanın sabiq prezidenti seçkidə namizədliyini irəli sürdü

Fransanın sabiq prezidenti seçkidə namizədliyini irəli sürdü

Fransanın sabiq prezidenti Fransua Olland Fransa Milli Assambleyasında (Fransa parlamentinin aşağı palatası) keçiriləcək növbədənkənar seçkidə iştirak edəcək.

Qeyd olunub ki, onun namizədliyini Fransanın solçu partiyalarının yaratdığı "Yeni Xalq Cəbhəsi" siyasi birliyi dəstəkləyib.

Xatırladaq ki, iyunun 10-da Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.

Mənbə: oxu.az