Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı mexanizm yaratmağı təklif etdi

Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı mexanizm yaratmağı təklif etdi

"Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 13 və 14-də Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edib.

Mənbə: TASS

Mənbə: oxu.az