Vyetnam ABŞ-a bu mesajı çatdırdı: Putin qayıdan kimi

Vyetnam ABŞ-a bu mesajı çatdırdı: Putin qayıdan kimi

Vyetnam ABŞ-ı strateji baxımdan mühüm tərəfdaş hesab edir və ABŞ ilə Cənub-Şərqi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün Vaşinqtonla işləməyə hazırdır.

Bunu Vyetnamın xarici işlər naziri Bui Than Son deyib.

"Vietnam Plus" yazır ki, nazir ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink ilə görüşüb. Bui Than Son deyib ki, Hanoy iqtisadi, investisiya və ətraf mühit sektorlarında Vaşinqtonla strateji tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Diplomatlar sazişlərin həyata keçirilməsi üçün konkret tədbirləri də müzakirə ediblər. Kritenbrink qeyd edib ki, Birləşmiş Ştatlar “güclü və müstəqil” Vyetnamı dəstəkləyir, çünki belə bir dövlət ABŞ-ın maraqlarına uyğundur. O qeyd edib ki, iki dövlət arasında münasibətlər heç vaxt indiki kimi güclü olmayıb və ikitərəfli əməkdaşlıq demək olar ki, bütün sahələrdə inkişaf edir. Kritenbrink Vyetnamın xarici siyasətini şərh etməkdən imtina edərək, onun maraqlarını həyata keçirməyin Hanoyun öz işi olduğunu deyib.

Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreya və Vyetnama səfər edib. Putinin səfəri zamanı Moskva və Hanoy arasında bir sıra sənədlər, o cümlədən ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş, ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramları imzalanıb və tərəflər hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Adəm Abbaslı

Mənbə: publika.az