Ukrayna bu şəhərə zərbə endirdi: NATO total müharibəyə başlayır?

Ukrayna bu şəhərə zərbə endirdi: NATO total müharibəyə başlayır?

Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbə “ümumi müharibəyə” başlamaq məqsədi daşıyır.u

Bu barədə Fransa siyasətçisi və Patriotlar partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində yazıb.

“Rusiya birbaşa ABŞ-ı günahlandırdı və cavab tədbirləri görəcəyini vəd etdi. Gərginlik göz qabağındadır, NATO şahinləri total müharibə istəyir”, - o bildirib.

Siyasətçinin sözlərinə görə, bu hücum Vaşinqtonun Kiyevə ATACMS taktiki raketləri göndərməsi ilə mümkün olub. Filippot həmçinin Fransanı Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandırmağa və Şimali Atlantika Alyansından çıxmağa çağırıb.

O vurğulayıb ki, Paris dünya müharibəsinə aparan eskalasiyadan çıxmalıdır.

Cəmilə

Mənbə: publika.az