Sabiq ABŞ prezidenti Donald Tramp debat zamanı hazırki prezidenti Co Baydenin çıxışını ələ salıb.
Miqrasiya ilə bağlı çıxışının sonunda Ağ Evin hazırkı rəhbərinin dili topuq vurub və o cümləsini tutarlı şəkildə tamamlaya bilməyib.
Tramp isə fürsətdən istifadə edərək rəqibini başa düşməyin mümkün olmadığını bildirib.
“Düzünü desəm, onun çıxışının sonunda nə dediyini bilmirəm. Düşünürəm ki, o, nə dediyini bilmir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp əvvəllər Baydeni cinayətkar adlandırmışdı. Trampın fikrincə, Bayden prezidentlikdən gedən kimi mühakimə olunmalıdır. Bundan əlavə, Tramp insanlara Baydenin oğlu Hunterin məhkəmə prosesini xatırladıb.
Mənbə: apa.az