Putin İlham Əliyevlə danışıqlar aparacaq

Putin İlham Əliyevlə danışıqlar aparacaq

“Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində digər ölkələrin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək”.

Bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə danışıb.

Uşakovun sözlərinə görə, iyulun 3-də - protokol tədbirlərinin başlanmasına bir gün qalmış Putinin Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Monqolustan başçısı Uxnaaqiyn Xurelsuxla danışıqlar aparması planlaşdırılır.

Qeyd edək ki, ŞƏT-in sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Mənbə: qafqazinfo.az