Yeni seçilmiş Roma Papası XIV Lev ilk çıxışını edib.
Çıxış “Vatikan News” kanalında yayımlanıb.
“Hamınıza sülh olsun. Bu, dirilmiş Məsihin, Yaxşı Çobanın ilk salamıdır. Ailələrinizə, bütün millətlərə və bütün yer üzünə sülhün gəlməsini arzulayıram. Silahsız, sadə bir dünya. Şübhəsiz ki, Allah hamımızı sevir”, - pontifik deyib.
Sonra o, əvvəlki Papa Fransiskə təşəkkür edib və onun Pasxa xeyir-duasını xatırladıb.
“Məsih bizdən öndə gedir. Dünyanın onun işığına ehtiyacı var. Bəşəriyyətin ona Tanrı və Onun sevgisinin keçə biləcəyi bir körpü kimi ehtiyacı var. Bizə dialoq vasitəsilə körpülər qurmağa kömək edin ki, həmişə sülh içində ola bilək. Təşəkkür edirəm, Papa Fransisk”, - XIV Lev əlavə edib.
Mənbə: qafqazinfo.az