“Təyyarə qəzası ilə bağlı istintaqın yekunlaşmasını gözləyirik”

“Təyyarə qəzası ilə bağlı istintaqın yekunlaşmasını gözləyirik”

“Aktauda baş verən təyyarə qəzası hər zaman Azərbaycan dövlətinin gündəmində olan prioritet məsələlərdən biridir”.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, məsələ Rusiya ilə keçirilən bütün təmaslarda gündəmə gətirilir: “Rusiya tərəfinin verdiyi izahat bundan ibarətdir ki, hazırda onların tərəfindən istintaq tədbirləri davam etdirilir. İstintaq başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcək. Biz də həmin istintaqın ən qısa müddətdə yekunlaşmasını gözləyirik”.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az