“Rusların, nəhayət, müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
"Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, bir gün də olsa, qətli davam etdirməyin mənası yoxdur.
"Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və təhlükəsiz şəkildə təsdiqləyəcək. Ukrayna görüşə hazırdır", - deyə Zelenski qeyd edib.
Mənbə: bizim.media