İran Putinin səfərinə hazırlaşır

İran Putinin səfərinə hazırlaşır

İran Rusiya Prezidenti Vladimir Putinin Tehrana rəsmi səfərinə hazırlıqlara başlayıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani açıqlayıb.

“Putinin Tehrana səfəri hazırda hazırlıq mərhələsindədir, lazımi hazırlıqlar aparılır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 18-də rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. İranın XİN rəhbəri Abbaq Araqçı bu səfərin cari il ərzində baş tutacağına ümid etdiyini bildirmişdi. O, həmçinin İranın səfərin tarixinin müəyyən edilməsini gözlədiyini vurğulamışdı.

Mənbə: qafqazinfo.az