Prezident İlham Əliyev PKK qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə prezidenti və xalqını təbrik edib.
Dövlət başçısı bu barədə X hesabında paylaşım edib.
"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.
Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.
Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram," - deyə dövlət başçısı paylaşımda qeyd edib.
Mənbə: www.bakupost.az