Tacikistanda mayın 14-dən sosial şəbəkələrdə bəyənmə və digər reaksiyalara görə cinayət cəzası ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qanunu ölkə Prezidenti Emoməli Rəhmon imzalayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə bəyənmə və digər reaksiyalara görə cinayət cəzası Tacikistanda 2018-ci ildə tətbiq edilib.
Həmin vaxt respublikada “Terrorçuluq cinayətlərinin törədilməsinə ictimai çağırışlar və (və ya) terror fəaliyyətinə ictimai bəraət qazandırılması haqqında” qanuna dəyişikliklər qəbul edilib. O cümlədən, qanunun mətninə “İnternetdə” ifadəsi əlavə edilib.
2024-cü ildə Prezident Rəhmon sosial şəbəkələrdə bəyənmələrə görə cinayət işinin başlanması praktikasını, eləcə də sosial şəbəkələrdəki materialların sübut kimi istifadəsini tənqid edib.
Mənbə: qafqazinfo.az