Qubada adsız 10 küçəyə şəhidlərin adı verilib - FOTO

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 10 şəhidin adı verilib.

Quba Rayon İcra Hakimiyyətində APA-ya verilən məlumata görə, yenidən qurulan küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, digərlərinə isə qubalı şəhidlərin adı verilib. Artıq həmin küçələrə adların yazıldığı lövhələr də vurulub.

Abadlıq işləri aparılan yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.

Qeyd edək ki, Quba rayonu Vətən müharibəsində 47 şəhid verib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Meksika prezidentinin açıqlamalarını yayımlaması qadağa ediləcək

SONRAKI XƏBƏR

Ən güclü mafiya məhkəmə qarşısında: 900-dən çox şahid və 400 vəkil...