Daha bir şəhidimizin nəşi tapıldı - FOTO

Vətən müharibəsində itkin düşən Tərtər əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı giziri İxtiyar İlqaroğlunun nəşi tapılıb.

KONKRET.az bildirir ki, bu barədə şəhidin yaxınları məlumat verib.

Bildirilib ki, İ.İlqaroğlunun nəşi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, İ.İlqaroğlu 6 iyul 1994-cü ildə Goranboy rayonunun Goranlı kəndində anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 6-da keçmiş Ağdərə rayonu istiqamətində “951” yüksəkliyi (Qlobus) uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Redaktor.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid Muxtar Qasımlının atası: Şəhidlərimiz Vətən uğrunda canlarından keçməklə şərəf və ləyaqət zirvəsinə yüksəliblər

SONRAKI XƏBƏR

“Olympus Park”la bağlı cinayət işi başlandı, tikinti dayandrıldı