Quba və Xaçmazda da yanğınlar baş verdi - VİDEO

 

Şimal bölgəsində bu gün müşahidə edilən güclü isti külək Quba və Xaçmaz rayonlarında da yanğına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Vəlvələ kəndində 4 hektar biçilmiş taxıl sahəsi yanıb.

Rayonun icra başçısının Vəlvələ kəndi üzrə nümayəndəsi Mahir Məmmədovun bildirib ki, yanğınsöndürənlərin səyi nəricəsində alovun yayılmasının qarşısı alınıb.

Xaçmazda isə Sibiroba və Mirzəmətkənd kəndi ərazisində kol-kos sahəsində yanğın qeydə alınıb.

Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun verdiyi məlumata görə, görülən təbirlərlə sayəsində alovun meşə massivinə keçməsinin qarşısı alınıb.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Yevtuşenko: Bu, Rusiyanın quramasıdır, əslində isə...

SONRAKI XƏBƏR

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib