Nərullah Sultanov: “Məqsəd dünya səviyyəsində sirk yaratmaqdır”

 

“Bakı Dövlət Sirki hər fəsil tamaşaçılarının qarşısına çıxmalıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Dövlət Sirkinin meneceri Nərullah Sultanov deyib.

Onun sözlərinə görə, məqsədləri dünya səviyyəsində sirk yaratmaqdır:

“Bizim ideyamız odur ki, sirkimiz unudulmaz olsun. İstəyimiz sirkin hər fəsil beynəlxalq səviyyədə fəaliyyət göstərməsidir. Artistlərimiz də dünya təcrübəsindən istifadə edəcəklər. Ən yaxşı sirk nümunələri yaradacağıq”.

Qeyd edək ki, proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Nəzrin Vahid

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Soydaşlarımız Ağdama nə vaxt qayıdacaq? – RƏSMİ

SONRAKI XƏBƏR

Dünya azərbaycanlıları Edilli məzarlığı ilə bağlı bəyanat yaydı