Şagirdlərin məktəbdə yemək bişirməsinə aydınlıq gətirilib

Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib. Məktəbdən AzVision.az -a bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.


“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK

SONRAKI XƏBƏR

Efiopiyada məktəb binasına hava hücumu nəticəsində 50 nəfər ölüb