Unutmaq və unutdurmaq olmaz - VİDEO

Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin nümunəvi xidmət dövründən, keçdiyi qəhrəmanlıq yolundan və şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Daha sonra Sərdar Səfərovun xatirə barelyefinin açılışı olub. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin Vətən müharibəsi qaziləri iştirak ediblər. Qeyd edək ki , Sərdar Səfərov 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmət edib.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

İctimai nəqliyyatda gediş haqqı nə qədər arta bilər? - VİDEO

SONRAKI XƏBƏR

Nadir Qafarzadəyə ağır itki üz verib