Xırdalanda yaşayış binasında yanğın oldu

Abşeron rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bolqarıstan parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələri məlum oldu

SONRAKI XƏBƏR

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU