İspaniyada su qıtlığı yaşanır

İspaniyanın Kataloniya Muxtar Bölgəsində su qıtlığı yaşanır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, quraqlıq səbəbilə əkinçilik və heyvandarlıq sahələrində və sənaye zonasında istifadə olunacaq suya məhdudiyyət qoyulacağı açıqlanıb. Rəhbərlik ev təsərrüfatlarında yaşayanları da lazımsız su sərfiyyatından çəkinməyə çağırıb.
İspaniyanın Kataloniya bölgəsində aylardır davam edən quraqlıq səbəbindən ehtiyatlarda suyun səviyyəsi 30 faizə qədər azalıb.
Bölgədə yaşayan 6 milyon 700 min insan su qıtlığından mənfi təsirlənir.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanda yenidən etirazlar başlayıb – VİDEO

SONRAKI XƏBƏR

“Atabəylər” serialında ciddi tarixi səhvlər var? - VİDEO