Bakıda bina sakinləri ilə MTK arasında münaqişə - Video


Bakının Xətai rayonunda yerləşən binalardan birinin sakinləri ilə MTK arasında münaqişə yaşanır.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binadan gedir.

Sakinlər iddia edirlər ki, "TVINS ART" MMC Mənzil Məcələsinin tələblərini pozur. Çünki sakinlər öz aralarında birlik yaradaraq idaretməni özləri həyata keçirmək istəyirlər, amma binanın komendantı buna mane olur.

Bina sakinləri iddia edirlər ki, onlardan yığılan pullar aidiyyətı üzrə xərclənmir.

Məsələyə binaya məsul şəxslərlərdən biri, Cəfər Məmmədov aydınlıq gətirməyə çalışıb.

Cəfər Məmmədov sakinlərin binanın istilik sisteminə müdaxilə edilməsi iddialarına da münasibət bildirdi.

O qeyd edib ki, sakinlərin istədiyi stadion yeri digər sahibkarın qeyri-yaşayış sahəsinin dam örtüyünə düşür. Buna görə də sakinlərə məhəllənin mərkəzindəki boş ərazi təklif olunub.

Ətraflı videomaterialı təqdim edirik:

 

 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Məleykə Əsədova Xurşudbanu Natəvan rolunda

SONRAKI XƏBƏR

Yol qəzasına düşən baş redaktor vəfat etdi - FOTO