Roma Papası Ukrayna haqqında danışarkən AĞLADI - VİDEO

Papa Fransisk dekabrın 8-də Romada ənənəvi dua zamanı Ukraynadan danışarkən ağlayıb.

Bu Papanın dekabrın 8-də Romadakı İspan meydanında Məryəmə dua zamanı ukraynalıların çəkdiyi əziyyətləri xatırladığı zaman yaşanıb.

“Bu gün sizə uzun müddətdir ki, Tanrıdan xahiş etdiyimiz sülh üçün Ukrayna xalqının minnətdarlığını çatdırmaq istərdim. Əvəzində bu əzablı, səbirli torpağın uşaqlarının, qocalarının, ata və analarının, gənclərinin dualarını bir daha sizə təqdim edirəm. Amma əslində biz bilirik ki, siz onların və bütün əziyyət çəkənlərin yanındasınız”, – deyə Papa bildirib.

Bundan sonra Papa Fransisk danışmağı dayandırıb və ağlamağa başlayıb.

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

İngiltərədə III Çarlzın təsviri olan sikkələr dövriyyəyə girdi

SONRAKI XƏBƏR

ABŞ senatorları neft şirkətləri üçün vergi güzəştlərini ləğv etmək istəyirlər