Bu il Bakıda yeni metrostansiya açılacaq? - RƏSMİ - FOTO

Bənövşəyi xəttin 4-cü yeraltı stansiyasının platforması qazılır. "8 Noyabr"a aparan yolların da qurulmasına başlanılıb.

BAKU.WS xəbər verir ki, eskalator, lift, elektrik yarımstansiyası, ventilyasiya və digər sistemlərin də sifarişi ilə bağlı işlər plan üzrə başlanıb.

Yeni stansiyanın tikinti işləri üzrə işlərin sürətlənməsi və yeni mərhələyə qədəm qoyması şərti adı "B-4" olan stansiyanın bu il ərzində istifadəyə veriləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət etdik və bu il yeni stansiyanın açılmaq ehtimalının olub-olmadığını müəyyənləşdirdik. Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, yolların qurulmasına başlanılıb və metropolitenin bənövşəyi xəttinin "Memar Əcəmi", "8 Noyabr" stansiyaları və hazırda "B4" stansiyası quruntda divar üsulu ilə inşa olunur:

"Bu inşaat üsulunun fərqi ondan ibarətdir ki, tunellər əvvəlcədən qazılır. Həmin stansiyanın altından tunel qazma kompleksi keçməzdən əvvəl stansiyada quruntda divar məsələləri həllini tapır. Yəni, müvafiq dayaqlar qurulur və bu qayda ilə stansiya inşaasına başlamazdan əvvəl tunellər tam qazılmış və hazır vəziyyətdə olur.

Bu səbəbdən yol infrastrukturunun qurulması ilə bağlı işlərə stansiya ilə paralel olaraq başlanılır. Bu il yeni stansiyanın istifadəyə veriləcəyini demək olmaz. Çünki stansiyanın inşaası, təchizatı, infrastrukturunun qurulması ilə bağlı işlər yaxın iki il ərzində aparılacaq".

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Bakıda KFC-də İYRƏNC XİDMƏT: Bişmiş toyuğun tükləri və... - Vətəndaş DƏRDİNİ KİMƏ DESİN?

SONRAKI XƏBƏR

Ukraynadan Rusiyaya keçən qaçqınların sayı AÇIQLANDI