Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Quba rayonunda küçədə acınacaqlı vəziyyət yaranıb.

Sakinlər bildiriblər ki, rayonun Timiryazev qəsəbəsində zibil qutuları qoyulmadığı üçün davamlı olaraq ərazidə antisanitar vəziyyət yaranır.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, Quba rayonu, Timiryazev qəsəbəsi ərazisinə məişət tullantılarının atılması ilə bağlı xidmətə daxil olan şikayət araşdırılıb:

“Sözügedən ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Quba rayonu Timiryazev bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədi ilə bələdiyyəyə tapşırıq verilib”.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Braziliyalı futbolçu: “Azərbaycan məni təəccübləndirdi”

SONRAKI XƏBƏR

Mikayıl Cabbarov Gənclər Günü münasibəti ilə paylaşım edib