Azərbaycanın İrandakı səfirliyinə hücum edərək bir nəfəri şəhid edib, 2 nəfəri yaralayan Yasin Yusifzadənin Bakı Dövlət Universitetinin məzunu olduğu bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu öz feysbuk hesabında bildirib.
“Nədən heç kəs demir ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb?”, - deyə o vurğulayıb.
Ə. Oruclunun sözlərinə görə faktı Y. Yusifzadənin tələbə yoldaşları da təsdiqləyiblər.