Bu gün ölkəmizin hər tərəfində xalqımız Novruz bayramının sevincini yaşayır. Hər kəs Novruz adət-ənənəsinə uyğun olaraq bayramı qeyd edir.
Novruzla əlaqədar paytaxtda insanlar səhər saatlarından başlayaraq bayram gəzintisinə çıxıblar. Ən çox qələbəlik Dənizkənarı Milli Parkda yaşanıb.
Musiqi sədaları altında insanlar Novruzun personajları olan Kosa, Keçəl və Bahar qızının məzhəkəli oyunlarına tamaşa etməklə yanaşı, onlarla birlikdə əylənib, şəkil çəkdirib və arzularını çatdırıblar
Ziya Hikmətoğlu, Əfqan Bayramov, Bizim.Media