Binə qəsəbəsində yaşayan sakinlər taksilərdən narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, həm manatlıq, həm də adi taksi fəaliyyəti ilə məşğul olan sürücülər maşını qəsəbənin mərkəzi yolunda 3 cərgə formasında elə saxlayırlar ki, vətəndaşların və digər hərəkət iştirakçılarının rahat gediş-gəlişinə ciddi maneə yaranır:
"Axşam saatlarlnda isə vəziyyət daha da pisləşir, taksi əlindən tərpənmək olmur".
Sözügedən görüntüləri təqdim edirik: