Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB + FOTO

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 2 kvadratmetr sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

SONRAKI XƏBƏR

Gündəmdən düşməyən ifaya nöqtə qoyuldu – Əfsanə duet / VİDEO