Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb -FOTO

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinaən xəbər verilir ki, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Makeyin ölümü ətrafında söz-söhbətlər – Onun öldürülməsi də istina olunmur…

SONRAKI XƏBƏR

Kiyev işıqsız qaldı