Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs ölüb

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.

Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir - FOTO

SONRAKI XƏBƏR

Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır