Sabirabaddda qaz balonu partlayıb, ər-arvad yanıq xəsarətləri alıb

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ İnstitutu: “İranda Prezident İbrahim Rəisi bir sıra yerli məmurları vəzifəsindən azad edə bilər"

SONRAKI XƏBƏR

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb