Bəzi narkotiklərin təsirində olan sürücülər cəzalanmayacaq

Müəyyən dərman qəbul edən sürücülər sərxoş halda avtomobil idarə etdiklərinə görə məsuliyyət daşımayacaqlar.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının İnzibati Xətalar Məcəlləsinə edəcəyi dəyişikliklərdə yer alacağı bildirilir. Dəyişikliyə əsasən, bədəndə psixotrop və ya narkotik maddələrə aid olmayan maddələr və ya bu maddələrin izləri aşkar edilərsə, sürücülər məsuliyyətdən azad olunacaq.

Mütəxəssislərin fikrincə, bəzi dərmanların tərkibində diqqəti və reaksiyanı pozan maddələr var.

Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.8-ci maddəsinə görə, sərxoş sürücüyə nəqliyyat vasitəsini idarə etmək, nəqliyyat vasitəsində idarəetməni sərxoş vəziyyətdə olan şəxsə vermək qadağandır. Əks halda avtomobil sahibi bir il yarımdan iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə otuz min rubl məbləğində inzibati cərimələnir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Yalının Bakıdakı konsertində maraqlı hadisə: Azərbaycanlı gənc sevgilisinə evlənmə təklif etdi - VİDEO

SONRAKI XƏBƏR

“Zirə”nin futbolçusu: “Dünya çempionatında Seneqal yığmasına azarkeşlik edirəm”