Qubernator: “Nijnevartovskda yaşayış evindəki partlayışda 7 nəfər itkin düşüb”

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 7 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Nataliya Komarova məlumat verib.

Onun sözlərinə görə, dağıntıların təmizlənməsi işi davam etdirilir, lakin həmin 7 nəfərin ölüb-ölmədiyi barədə dəqiq fikir yürütmək mümkün deyil.

N.Komarova onu da bildirib ki, evdə baş verən partlayışdan sonra 5 nəfər həkimə müraciət edib ki, onlardan 2-nin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Hələlik ölənlərdən yalnız 1 nəfərin şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, dekabrın 4-də baş vermiş qaz partlayışı nəticəsində binanın iki mərtəbəsi uçub, 6 nəfər ölüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Mariupolu vurdu: 2 S-300 məhv edildi

SONRAKI XƏBƏR

İlqar Məmmədov: "Hakimiyyətlə dialoq yenilənməlidir"