Bu ölkədə havanın temperaturu normadan 30 dərəcə aşağı düşəcək

Özbəkistanda havanın temperaturunun mənfi 24 dərəcəyə düşəcəyi gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qış aylarında ölkə ərazisində havanın orta temperaturu 5 dərəcə isti olur.

Dekabrın 12-dək isə ölkədə havanın temperaturu mənfi 24 dərəcəyədək enməsi anomal hava şəraiti hesab edilir.

Bildirlib ki, ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xarəzm vilayətində gözlənilir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov: "İspaniya millisinin mundialla vidalaşması şok olmadı"

SONRAKI XƏBƏR

Müğənni Şəbnəm Tapdığın görün neçə yaşı var imiş - VİDEO