Şərurda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonundan keçən hissəsində baş verib.

“Mercedes” markalı 67-BD-662 dövlət nömrə nişanlı avtomobil “KİA” markalı 68-BX-573 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hər iki avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan Qafqazı "barıt çəlləyi"nə çevirir: Rusiya Qərblə toqquşsa, Ermənistan yoxa çıxacaq

SONRAKI XƏBƏR

Siyasi analitik: “İranın bu addımı qəbul edilməyəcək” - VİDEO