Zaqatalaya qonaq gələn uşağı it dişlədi

Zaqatalaya qonaq gələn 8 yaşlı uşağı it dişləyib.

Lent.az-ın məlumatına görə, axşam saatlarında Hacıqabul rayon sakini, 2015-ci il təvəllüdlü Elnur Elmar oğlu Axundzadə it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı itin Zaqatala şəhərinə qonaq gələn 8 yaşlı E. Axundzadəyə hucum edərək onun sağ ayağına xəsarət yetirdiyi məlum olub. Pasientə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Səfirliyinə hücum edən terrorçunun sifarişçisi açıqlandı

SONRAKI XƏBƏR

Ruslar bu ərazidə helikopter bazası yaradır