Uyğur bölgəsində 6,1 bal zəlzələ oldu

Çinin Sincan-Uyğur bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Çin zəlzələ şəbəkələri mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub.

Zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Erməni deputatlar Moskvaya gedir

SONRAKI XƏBƏR

Çavuşoğlu: "İsveçdə bu dövlətin NATO-ya üzvlüyünü istəməyənlər var"