Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan velosipedçiləri beynəlxalq yarışda əsil mübarizlik nümayiş etdirirlər

SONRAKI XƏBƏR

Rus ordusunun üç komanda məntəqəsi vuruldu