Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Mehmet Ali Erbil "qapımda yatırdı" sözünə görə ÜZR İSTƏDİ

SONRAKI XƏBƏR

Bakının bu ünvanında bina sökülür - Sakinlərə 1500 manat kompensasiya verilir