Təbrizdən Kərbəlaya gedən avtobus aşdı: 48 yaralı...

Təbrizdən İraqın Kərbəla şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin baş direktoru Payam Cəlali məlumat verib.

"Fevralın 2-si saat 03: 30 radələrində Şərqi Azərbaycandan olan sərnişinləri daşıyan avtobus Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb. Nəticədə 48 nəfər yaralanıb. Yaralılardan yeddisi tibb mərkəzlərinə köçürülüb və onlardan dördü xüsusi nəzarət altındadır", - Cəlali bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın yeni transferi: "Gent" güclü rəqibdir, amma bizim şansımız daha çoxdur"

SONRAKI XƏBƏR

Rusiya baş naziri Nikol Paşinyanla görüşəcək