Samaradan Bakıya gələn “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda yaranan nasazlıq səbəbindən hava limanına qayıdıb.
Bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Kuybışev Nəqliyyat Prokurorluğu 2023-cü il fevralın 2-də 773 saylı marşrut üzrə Samara - Bakı reysini yerinə yetirən təyyarənin texniki səbəbdən hava limanına qayıtması ilə əlaqədar uçuşların təhlükəsizliyinə və sərnişinlərin hüquqlarına riayət olunmasına dair yoxlama aparır”, - məlumatda deyilir.
İlkin məlumatlara görə, saat 12:40-da Utair şirkətinin Boeing-735 təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoch hava limanından havaya qalxdıqdan sonra geri qayıtmaq qərarına gəlib.
Volqa Nəqliyyat Prokurorluğundan bildirilib ki, 67 sərnişin, o cümlədən biri azyaşlı uçuş üçün qeydiyyata alınıb.