Bakıda iki avtomobil toqquşub, 33 yaşlı kişinin hər iki qolu sınıb

Bakının Xətai rayonunda iki avtomobil toqquşub, 33 yaşlı kişinin hər iki qolu sınıb.

“Report”un məlumatına görə, 1990-cı il təvəllüdlü Bağırov Elçin Talıb oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya catdırılıb.

Müayinə zamanı ona hər iki qolun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Suraxanı rayonunda yol qəzasında piyadanın beli sınıb

SONRAKI XƏBƏR

Hindistanda baş verən qar uçqununun qorxunc görüntüsü yayıldı - VİDEO