İranda bir sıra bələdiyyə rəhbərləri həbs edildi

İranda bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri həbs edilib.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, rüşvətxorluqla bağlı əməliyyatı Əlborz Əyalətinin İmam Həsən Müctəbi Kəşfiyyat Təşkilatı həyata keçirib.

"Bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri ədliyyə orqanının qərarı ilə rüşvətxorluq ittihamı ilə həbs edilib.

İstintaq hələ də davam edir", - məlumatda deyilir.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Rusiyada “Kraken” virusuna ikinci yoluxma qeydə alınıb

SONRAKI XƏBƏR

Bakının bu ünvanında evlər söküləcək - Sakinlərə 10 gün vaxt verilib