Yaponiyada toqquşma nəticəsində yük gəmisi batıb: İtkin düşənlər var - FOTO/VİDEO

Yaponiyanın Ehime prefekturası yaxınlığında iki yük gəmisi toqquşub, onlardan biri batıb.

İki nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, “Koey-maru” adlı gəminin dörd nəfərdən ibarət bütün heyəti xilas edilib.

Ancaq 2,2 min ton əhəngdaşı ilə yüklənmiş “Seyryu” batıb. Gəmidə beş nəfərdən ibarət ekipaj olub. Onlardan üçü xilas edilib, iki nəfər, o cümlədən kapitan isə itkin düşüb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Novruz Aslanov növbəti qəbulunu keçirib

SONRAKI XƏBƏR

Novikov: Azərbaycan gücləndikcə, İran qorxur