Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb

Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərindəki mənzillərin birindən 15 000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.
Araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yeni serialın yayımlanmış ilk fraqmentləri - 10 milyon izləmə

SONRAKI XƏBƏR

Bərdədə çörəkbişirmə müəssisəsində yanğın olub