Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb

 

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer məlumat verib.

Y.Sezer təbii fəlakət nəticəsində həlak olanların sayının 50 min 96, yaralananların sayının isə 107 min 204 nəfər olduğunu bildirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şou əhlinin bayram paylaşımı - FOTOLAR

SONRAKI XƏBƏR

Böyük Britaniya SEPAH-ın yüksək rütbəli komandirlərinə qarşı sanksiyalar tətbiq edib