Azərbaycanda məhkumun saxladığı qumbara götürüldü

22.03.2023 -cü il tarixdə Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Hacıyev Əli Əlibala oğlunun azadlıqda olarkən əldə etdiyi bir ədəd RQD-5 markalı əl qumbarası Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

"Unikal" xəbər verir ki, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Küçəyə çılpaq çıxan müğənni psixatrik xəstəxanaya düşdü

SONRAKI XƏBƏR

Selena Qomez gəlinlikdə - Fotolar