İsmayıllıda qadın intihar etdi

İsmayıllı rayon sakini özünə qəsd edib.

"Unikal"ın məlumatına görə, rayonun Əhən kənd sakini, 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı bu gün yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının özünə qəsd etməsinin səbəbi hələliok dəqiq məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 3 otaqlı evdə yanğın - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Paşayeva Adil Əliyevlə FİF-in müzakirə etdi