Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” - VİDEO

Şəmkirdə yerli vaxtla saat 12:27 zəlzələ baş verib.

Şəmkir sakini Rəna İsmayılova zəlzələni partlayış səsinə bənzətiyini deyib.

“Evin bütün mebelləri, divarları silkələndi. Çox qorxduq. Eyvana çıxdım. Qonşuların hamısı eyvanda idi, daha sonra həyətə düşüb, bir müddət sonra yenə evimizə çıxdıq”

Uşaqlar isə zəlzələyə oyun meydançasında yaxalanıb. Onlar meydançanın setkalarının silkələndiyini gördüyünü deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə yem mağazası yanıb - FOTO

SONRAKI XƏBƏR

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub - YENİLƏNİB + VİDEO